BAYRAQDAR MEDİA – Ardahan Universitetinin rektoru Prof. Dr. Öztürk Emiroğlu Doğu Anadolu Layihəsi (DAP) Regional İnkişaf İdarəsinin yeni rəhbəri Halil İbrahim Gürayı ziyarət edib.
Görüşdə rektor müavinləri və universitetin layihələr üzrə nümayəndələri də iştirak ediblər.
Universitetin məlumatına əsasən rektor Gürayı yeni vəzifəsi münasibətilə təbrik edərək uğurlar arzulayıb: “Görüş zamanı regional inkişaf və akademiya ilə praktik sahə arasında əməkdaşlığın əhəmiyyəti müzakirə olunub. Tərəflər yerli inkişaf layihələrinin gücləndirilməsi istiqamətində fikir mübadiləsi aparıblar. DAP rəhbərliyinin nümayəndələri də görüşdə iştirak ediblər”.





İlk şərhi yaza bilərsiniz