Press "Enter" to skip to content

“ASAN Viza”

ASAN xidmət

BAYRAQDAR MEDİA – 1 iyun 2026-cı il tarixində “ASAN Viza” sisteminin yaradılmasından 10 il ötür. “ASAN Viza” sistemi Azərbaycan Respublikası Prezidentinin 2016-cı il 1 iyun tarixli müvafiq Fərmanına əsasən yaradılıb və sistemin idarəedilməsi Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyi tərəfindən həyata keçirilir.

Bu barədə “ASAN xidmət”dən məlumat verilib.

Bildirilib ki, ötən 10 il ərzində “ASAN Viza” Azərbaycanın viza prosedurlarını dünyanın müxtəlif ölkələrindən olan milyonlarla istifadəçi üçün daha əlçatan, sürətli və müasir formada təqdim edib. Bu günədək sistem vasitəsilə 5 milyondan çox elektron viza verilib.

“ASAN Viza” www.evisa.gov.az elektron viza portalı vasitəsilə, həmçinin Azərbaycan Respublikasında yerləşən beynəlxalq hava limanlarında vizaların verilməsi istiqamətləri üzrə fəaliyyət göstərir. Sistemin yaradılmasının 10 illiyi ilə əlaqədar Heydər Əliyev Beynəlxalq Aeroportunda reallaşan xüsusi təşəbbüs çərçivəsində “ASAN Viza” 10 illik fəaliyyətin sevincini xarici qonaqlarla bölüşüb.

Azərbaycana gələn xarici vətəndaşlar da öz növbəsində əlamətdar hadisə münasibətilə təbriklərini çatdırıb, xidmətin fəaliyyətini yüksək qiymətləndiriblər.

İlk şərhi yaza bilərsiniz

Lütfən, buyurub bir şərh yaza bilərsiniz

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Mission News Theme by Compete Themes.