Press "Enter" to skip to content

Azərbaycan-Misir enerji əməkdaşlığının müzakirəsi

Azərbaycan-Misir enerji əməkdaşlığının müzakirəsi

BAYRAQDAR MEDİA – “Bakı Enerji Forumu” çərçivəsində energetika naziri Pərviz Şahbazovla Misirin neft və mineral ehtiyatlar naziri Karim Badavi arasında görüş keçirilib.

Bu haqda xəbər BAYRAQDAR MEDİA-ya Energetika Nazirliyinin (EN) mətbuat xidmətindən daxil olub.

Xəbərdə deyilir ki, “görüşdə iki ölkə arasında münasibətlərin inkişafında dövlət başçılarının qarşılıqlı səfərlərinin və əldə olunmuş razılaşmaların əhəmiyyəti vurğulanıb. Azərbaycanın son illərdə Misirlə enerji əməkdaşlığının yeni mərhələyə yüksəldiyi qeyd olunub. Bu kontekstdə iki ölkənin müvafiq nazirlikləri arasında imzalanmış elektrik və bərpa olunan enerji sahələrində əməkdaşlıq haqqında Anlaşma Memorandumu, eləcə də bu ilin martında SOCAR və EGPC arasında neft, neft məhsulları və LNG ticarəti, habelə hasilat, kəşfiyyat, emal və insan kapitalının inkişafı sahələrini əhatə edən Çərçivə Sazişinin əhəmiyyətindən bəhs edilib. Bildirilib ki, 2023-cü ildən indiyə qədər “SOCAR Trading” Misir istiqamətinə 1,3 milyon tondan çox LNG təchiz edib”.

Daha sonra xəbərdə, “görüşdə, həmçinin elektrik enerjisi və bərpa olunan enerji sahələrində əməkdaşlıq çərçivəsində 200 MVt gücündə günəş elektrik stansiyası layihəsi üzrə əməkdaşlıq imkanları nəzərdən keçirilib. Söhbət zamanı İnkişaf etməkdə olan Səkkiz Ölkənin İqtisadi Əməkdaşlıq Təşkilatı (D-8) çərçivəsində əməkdaşlıq barədə də fikir mübadiləsi aparılıb” deyə qeyd edilir.

İlk şərhi yaza bilərsiniz

Lütfən, buyurub bir şərh yaza bilərsiniz

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Mission News Theme by Compete Themes.