Press "Enter" to skip to content

Bu, türk dünyasının birlik və həmrəylik ruhuna da mühüm töhfələr verəcəkdir

Metin Yılğın

BAYRAQDAR MEDİA – “Azərbaycan ilə KKTC arasında son illərdə inkişaf edən münasibətlərin vətəndaş cəmiyyəti sahəsinə də uğurla sirayət etdiyini görməkdən böyük məmnunluq duyuruq. İnanırıq ki, qarşıdakı dövrdə bu əməkdaşlıq daha da genişlənəcək, güclənəcək və zaman keçdikcə ortaq köklərimizə söykənən daha sıx birliyə çevriləcəkdir”.

Bunu BAYRAQDAR MEDİA-ya özəl müsahibəsində Kuzey Kıbrıs Türk Cümhuriyyəti (KKTC) Mavi Vətən Dərnəyinin sədr müavini Metin Yılğın deyib. Müsahibəni yaxın günlərdə oxuculara təqdim edəcəyik.
M.Yılğın bildirib ki, xüsusilə təhsil sahəsində gənclərin mübadilə proqramları böyük əhəmiyyət daşıyır: “Mədəni tədbirlər və ortaq mədəniyyət layihələri isə əməkdaşlığın ayrılmaz hissəsi olmalıdır. Hesab edirəm ki, xüsusilə 6-23 yaş arası uşaqlar və gənclər üçün nəzərdə tutulan proqramlara üstünlük verilməlidir. Eyni zamanda, qastronomiya sahəsində əməkdaşlığın genişləndirilməsi və bu istiqamətdə yeni təşəbbüslərin həyata keçirilməsi də vacibdir”.

M.Yılğın hesab edir ki, turizm sahəsində qarşılıqlı səfər imkanlarının artırılması, ətraf mühitin qorunması və davamlı inkişaf istiqamətində birgə fəaliyyətlərin həyata keçirilməsi xalqların bir-birinə daha da yaxınlaşması üçün mühüm amillərdən biri olacaqdır: “Bundan əlavə, yeni dünya düzənində sahibkarlıq ekosisteminin inkişaf etdirilməsi və rəqəmsal texnologiyalar sahəsində əməkdaşlığın genişləndirilməsi üçün də mühüm imkanlar mövcuddur. Bütün bunlarla yanaşı, Qarabağ və Şərqi Zəngəzurda həyata keçirilən yenidənqurma prosesləri çərçivəsində sosial inkişaf, mədəni irsin qorunması və beynəlxalq məlumatlandırma istiqamətlərində də ortaq layihələr reallaşdırıla bilər”.

Qeyd edilib ki, Azərbaycan ilə KKTC arasında qurulacaq güclü vətəndaş cəmiyyəti əməkdaşlığı təkcə iki qardaş xalq arasındakı əlaqələri möhkəmləndirməyəcək, eyni zamanda Türk dünyasının birlik və həmrəylik ruhuna da mühüm töhfələr verəcəkdir: “Bizim KKTC-də səsləndirdiyimiz bir şüar var: “Ana Vətənimiz Türkiyə Cümhuriyyəti, Qardaş Vətən Azərbaycan ilə birlikdə – Üç Dövlət, Tək Millət!” Arzumuz budur ki, bu şüar gələcəkdə bütün Türk dünyasında “Yaşasın Türk Qardaşlığı!” çağırışı ilə səslənsin və bu əməkdaşlıqlar həmin məqsədə aparan yolun öncül təşəbbüslərindən biri olsun. Biz də ömrümüzün sonunadək bu prosesin fəal iştirakçıları və əsgərləri olmağa davam edəcəyik”.

İlk şərhi yaza bilərsiniz

Lütfən, buyurub bir şərh yaza bilərsiniz

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Mission News Theme by Compete Themes.