BAYRAQDAR MEDİA – 1 İyun – Uşaqların Beynəlxalq Müdafiəsi Günü münasibətilə İctimai Televiziya və Radio Yayımları Şirkətinin təşkilatçılığı ilə xüsusi bayram tədbiri keçirilib.
Bu haqda xəbər BAYRAQDAR MEDİA-ya sözügedən şirkətin mətbuat xidmətindən daxil olub.
Xəbərdə deyilir ki, ““Dəniz Mall”da yerləşən “Kinderland”də təşkil olunan tədbirdə Şirkət əməkdaşlarının 4-14 yaşlı övladları iştirak ediblər. Uşaqlar burada müxtəlif oyun və əyləncə zonalarında vaxt keçirib, maraqlı fəaliyyətlərə qoşulub, bayram süfrəsi ətrafında bir araya gəliblər. Təqdim olunan 60-dan çox real həyat fəaliyyəti balacalara oyun vasitəsilə yeni bacarıqlar qazanmaq, müxtəlif peşələri tanımaq və gündəlik həyat təcrübələrini yaşamaq imkanı yaradıb”.
Bildirilib ki, “valideynlərin də iştirak etdiyi tədbir uşaqların sevincini ailə xoşbəxtliyi ilə birləşdirərək əsl bayram ab-havası yaradıb. Uşaqlar cəmiyyətimizin gələcəyi, sabahımızın təminatıdır. Onların xoşbəxtliyi, inkişafı və rifahı naminə atılan hər addım gələcəyə qoyulan ən dəyərli sərmayədir”.






İlk şərhi yaza bilərsiniz