Press "Enter" to skip to content

Iğdırda qoşa göy qurşağı

Göy qurşağı

BAYRAQDAR MEDİA – Iğdırın Karagüney kəndində yağan leysan yağışından sonra səmada yaranan qoşa göy qurşağı Ağrı dağının möhtəşəm mənzərəsi ilə birləşərək unudulmaz vizual görüntü yaradıb.

Bu barədə igdirhaber.net saytı məlumat yayıb.

Məlumatda deyilir ki, Doğu Anadolunun özünəməxsus mikroiqlimə malik sərhəd şəhəri olan Iğdır bu dəfə nadir rast gəlinən təbiət hadisəsinə şahidlik edib: “Bölgədə müşahidə olunan lokal yağışlardan sonra buludların arasından süzülən günəş şüaları Karagüney kəndinin səmasında qoşa göy qurşağı əmələ gətirib və bu mənzərəni izləyənləri heyran qoyub. Iğdır mərkəzinə bağlı Karagüney kəndində günortadan sonra qəfil başlayan qısamüddətli leysan yağışı qısa müddət sonra yerini günəşli havaya verib. Yağış damcılarının havada qalması və günəş şüalarının uyğun bucaq altında sınması nəticəsində kənd səmasında yanaşı iki nəhəng göy qurşağı meydana gəlib. Nadir təbiət hadisəsi kənd sakinləri və ərazidən keçən sürücülər tərəfindən böyük maraq və heyranlıqla izlənilib”.

İlk şərhi yaza bilərsiniz

Lütfən, buyurub bir şərh yaza bilərsiniz

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Mission News Theme by Compete Themes.