Press "Enter" to skip to content

Kamandan oxatma üzrə ölkə birinciliyinin açılışı

Kamandan oxatma üzrə ölkə birinciliyinin açılışı

BAYRAQDAR MEDİA – Kamandan oxatma idman növü üzrə gənclər arasında ölkə birinciliyinin rəsmi açılış mərasimi keçirilib.

Bu haqda xəbər BAYRAQDAR MEDİA-ya Azərbaycan Kamandan Oxatma Federasiyasından (AKOF) daxil olub.

Xəbərdə deyilir ki, “tədbirin rəsmi hissəsində Gənclər və İdman Nazirliyinin Olimpiya və Paralimpiya idman növləri sektorunun müdiri Aydın Məmmədov çıxış edərək yarış iştirakçılarını salamlayıb. Sektor müdiri ölkədə bədən tərbiyəsi və idmanın inkişafı, idmanın kütləviliyinin təmin olunması istiqamətində həyata keçirilən dövlət siyasətinin uğurlarını diqqətə çatdırıb. A.Məmmədov bu qəbildən olan respublika miqyaslı yarışların gənc idmançıların potensialının üzə çıxarılmasındakı rolunu və əhəmiyyətini vurğulayıb”.

Sonra xəbərdə, “daha sonra sözügedən Federasiyanın Yarışların təşkili və klublarla iş şöbəsinin müdiri Kamran Həsənzadə çıxış edərək iştirakçılara müvəffəqiyyətlər arzulayıb. Rəsmi çıxışların ardınca yarışların təsnifat mərhələsinə start verilib. Birinciliyin ilk günündə U15, U18 və U21 yaş kateqoriyaları üzrə ümumilikdə 49 oxatan atış xəttinə çıxıb. İdmançılar 40, 60 və 70 metr məsafələrdən iki sessiya ərzində ümumilikdə 72 ox (hər sessiyada 36 ox) ataraq kvalifikasiya normalarını yerinə yetiriblər. Keçirilən gərgin mübarizənin yekun nəticələrinə əsasən növbəti mərhələlərin iştirakçı heyəti müəyyənləşib” deyə bildirilir.

Növbəti gün 1/8, 1/4, 1/2 yarımfinal və final mərhələlərinin qarşılaşmaları keçiriləcək. Qaliblər müvafiq diplom, medal və hədiyyələrlə təltif olunacaqlar.

İlk şərhi yaza bilərsiniz

Lütfən, buyurub bir şərh yaza bilərsiniz

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Mission News Theme by Compete Themes.