BAYRAQDAR MEDİA – Türkiyənin müxtəlif şəhərlərindən Eskişehirə gələn klassik avtobuslar III Nostalji Avtobus Görüşündə bir araya gəlib. Nostalji həvəskarlarının böyük maraq göstərdiyi tədbirdə 1960-1988-ci illər arasında istehsal olunmuş təxminən 35 klassik avtobus nümayiş etdirilib.
Bu barədə eskisehir.net saytı məlumat yayıb.
Məlumata görə, tədbirin təşkilatçılarından Hikmət Sungur bildirib ki, daha əvvəl İstanbulda keçirilən görüşlər böyük maraq doğurduğu üçün üçüncü tədbiri Eskişehirdə keçirməyə qərar veriblər: “Onun sözlərinə görə, tədbirə marağı artırmaq məqsədilə xüsusi layihə hazırlayıb. Sungur öz emalatxanasında 1/2,7 ölçü nisbətində miniatür avtobus hazırladığını və bunun xüsusilə uşaqların və ailələrin diqqətini çəkdiyini deyib. O vurğulayıb ki, məqsədləri gələcək nəsillərdə klassik avtomobillərə maraq yaratmaqdır”.
Tədbirdə İzmir, Ankara, Adana, Kayseri və Yozqat daxil olmaqla müxtəlif şəhərlərdən gətirilmiş 35 avtomobil nümayiş olunur: “Ən köhnə nəqliyyat vasitəsi 1960-cı il istehsalıdır və sərgidə 1960-cı ildən 1988-ci ilə qədər olan modellər yer alır. Sungur bildirib ki, miniatür avtobusun hazırlanması təxminən 8 ay çəkib. O, layihəni Bursadakı emalatxanasında yerli sahibkarların və ailəsinin dəstəyi ilə həyata keçirib”.






İlk şərhi yaza bilərsiniz