Press "Enter" to skip to content

Kuzey Kıbrıs Tanıtım Platforması qardaş QHT-lərlə əməkdaşlığa hazırdır

Okyay Sadıkoğlu: İki ölkə arasındakı qardaşlıq münasibətlərinin qarşıdakı dövrdə vətəndaş cəmiyyəti sahəsində daha da inkişaf edəcəyinə ürəkdən inanıram

BAYRAQDAR MEDİA – Azərbaycan ilə Kuzey Kıbrıs Türk Cümhuriyyəti (KKTC) arasındakı qardaşlıq münasibətlərinin qarşıdakı dövrdə vətəndaş cəmiyyəti sahəsində daha da inkişaf edəcəyinə ürəkdən inanıram. Son illərdə qurulan dostluq və əməkdaşlıq körpüləri gələcəkdə daha genişmiqyaslı layihələrin həyata keçirilməsi üçün möhkəm zəmin formalaşdıracaq. Xüsusilə turizm, mədəniyyət, gənclər mübadiləsi proqramları, təhsil, ətraf mühitin qorunması, dayanıqlı inkişaf, şəhərsalma, media və tanıtım sahələrində mühüm əməkdaşlıqların reallaşdırılmasının mümkün olduğunu düşünürəm”.

Bunu BAYRAQDAR MEDİA-ya özəl müsahibəsində Kuzey Kıbrıs Tanıtım Platforması başqanı Okyay Sadıkoğlu deyib. Onunla müsahibəni yaxın günlərdə təqdim edəcəyik.

O.Sadıkoğlu bildirib ki, deyilənlərlə yanaşı, sahibkarlıq, texnologiya, fövqəladə halların idarə olunması və könüllülük fəaliyyəti istiqamətlərində də birgə layihələrin həyata keçirilməsi üçün böyük potensial mövcuddur: “Kuzey Kıbrıs Tanıtım Platforması olaraq biz Azərbaycanın qardaş qeyri-hökumət təşkilatları ilə əlaqələrimizi daha da inkişaf etdirməyə, ortaq layihələr həyata keçirməyə və türk dünyasının birlik və həmrəylik vizyonuna töhfə verməyə davam edəcəyik. Çünki inanırıq ki, güclü türk dünyasının formalaşması yalnız dövlətlərarası əməkdaşlıqdan deyil, eyni zamanda xalqların və vətəndaş cəmiyyətinin sıx əməkdaşlığından keçir”.

İlk şərhi yaza bilərsiniz

Lütfən, buyurub bir şərh yaza bilərsiniz

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Mission News Theme by Compete Themes.