BAYRAQDAR MEDİA – 2 iyun – Azərbaycanda Mülki aviasiya işçilərinin peşə bayramı günü münasibəti ilə “Azərbaycan Hava Yolları” (AZAL) QSC-nin kollektivi və mülki aviasiyanın digər nümayəndələri Fəxri xiyabanı ziyarət ediblər.
Bu haqda xəbər BAYRAQDAR MEDİA-ya AZAL-ın mətbuat xidmətindən daxil olub.
Xəbərdə bildirilir ki, “ziyarətçilər müasir müstəqil Azərbaycanın memarı və qurucusu, Ümummilli Lider Heydər Əliyevin məzarını ziyarət edərək əziz xatirəsini dərin ehtiramla yad edib, məzarı önünə gül dəstələri düzüblər. Eyni zamanda, görkəmli oftalmoloq-alim, akademik Zərifə Əliyevanın xatirəsi anılıb, məzarı üzərinə gül dəstələri qoyulub”.






İlk şərhi yaza bilərsiniz