Press "Enter" to skip to content

DİN-də vəzifəyə yeni təyin olunmuş hakimlərlə görüş

DİN-də vəzifəyə yeni təyin olunmuş hakimlərlə görüş

BAYRAQDAR MEDİA – Daxili İşlər Nazirliyində (DİN) vəzifəyə yeni təyin olunmuş hakimlərlə görüş keçirilib.

Bu haqda xəbər BAYRAQDAR MEDİA-ya DİN-in mətbuat xidmətindən daxil olub.

Xəbərdə bildirilir ki, “görüşdə hüquq-mühafizə və məhkəmə institutları arasında formalaşmış səmərəli əməkdaşlıq, qanunun aliliyinin təmin edilməsi, vətəndaşların hüquq və azadlıqlarının etibarlı müdafiəsi müzakirə olunub. Qeyd olunub ki, bu təmaslar praktiki məsələlərlə bağlı hakimlərin məlumatlılığının artmasına, hüquq sisteminin daha da təkmilləşdirilməsinə töhfə verir”.

DİN-in fəaliyyət istiqamətləri, asayişin və təhlükəsizliyin mühafizəsi, cinayətkarlıqla mübarizədə görülən işlər diqqətə çatdırılıb.

İlk şərhi yaza bilərsiniz

Lütfən, buyurub bir şərh yaza bilərsiniz

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Mission News Theme by Compete Themes.