Press "Enter" to skip to content

İyunda Səyyar ASAN xidmətin fəaliyyət göstərəcəyi ünvanlar

BAYRAQDAR MEDİA – 2-25 iyun tarixində Daşkəsəndə, Şabranda, Hacıqabulda, Astarada, Tərtərdə, Ağsuda, Yevlaxda və Xırdalanda, 16-25 iyun tarixində isə Mərdəkanda vətəndaşlara səyyar xidmət göstəriləcək.

Bu barədə “ASAN xidmət”dən məlumat verilib.

Bildirilib ki, Səyyar ASAN xidmət avtobusları həftə içi 5 gün saat 10:00-dan 17:00-dək fəaliyyət göstərir.

Ağsuda fəaliyyət göstərən Səyyar ASAN xidmət avtobusunda isə iş qrafiki saat 11:00- dan 17:00-dək nəzərdə tutulub.

Vətəndaşlar səyyar xidmətlər barədə ətraflı məlumat əldə etmək üçün 108 (daxili nömrə 3 yığaraq) Çağrı mərkəzinə müraciət edə bilərlər.

İlk şərhi yaza bilərsiniz

Lütfən, buyurub bir şərh yaza bilərsiniz

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Mission News Theme by Compete Themes.