Press "Enter" to skip to content

Özbəkistan–Türkiyə Rektorlar Forumu keçirilib

Tədbir zamanı

Son yeniləmə: 1 İyun 2026

BAYRAQDAR MEDİA – YÖK və Özbəkistan Ali Təhsil, Elm və İnnovasiya Nazirliyinin birgə təşkil etdiyi “4-cü Özbəkistan–Türkiyə Rektorlar Forumu” Buxarada keçirilib. Forumda Atatürk Universitetinin rektoru Prof. Dr. Ahmet Hacımüftüoğlu da iştirak edərək bir sıra mühüm görüşlər keçirib və sessiyalara moderatorluq edib.

Bu barədə universüitetin məlumatında qeyd edilib.

Məlumata görə, tədbirdə Türkiyə və Özbəkistandan ümumilikdə onlarla universitet rəhbəri iştirak edib, ali təhsildə əməkdaşlıq və ortaq elmi layihələr müzakirə olunub. Hacımüftüoğlu çıxışında tibbi təhsildə rəqəmsallaşma, süni intellekt və simulyasiya əsaslı tədrisin əhəmiyyətinə diqqət çəkib.

Forum çərçivəsində Atatürk Universiteti ilə Özbəkistanın müxtəlif ali təhsil müəssisələri arasında əməkdaşlıq protokolları imzalanıb. Razılaşmalar tələbə və müəllim mübadiləsinin genişləndirilməsi, ortaq araşdırmaların aparılması və təhsil sahəsində təcrübə mübadiləsini nəzərdə tutur.

İlk şərhi yaza bilərsiniz

Lütfən, buyurub bir şərh yaza bilərsiniz

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Mission News Theme by Compete Themes.