Press "Enter" to skip to content

Şəhid ailələrinin əl işlərinin V sərgi-satış yarmarkası

Şəhid ailələrinin əl işlərinin V sərgi-satış yarmarkası

BAYRAQDAR MEDİA – Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi (RİNN) “Zəfər” Şəhid Ailələrinə Dəstək İctimai Birliyi ilə əməkdaşlıq çərçivəsində şəhid ailələrinin əl işlərinin V sərgi-satış yarmarkasını təşkil edib.

Bu haqda xəbər BAYRAQDAR MEDİA-ya RİNN-in mətbuat xidmətindən daxil olub.

Xəbərdə bildirilir ki, “ənənəvi olaraq keçirilən tədbir şəhid ailələrinin sosial rifahının yaxşılaşdırılmasına töhfə vermək, onlara mənəvi dəstək olmaq məqsədi daşıyır. Sərgidə 32 nəfərin 430-a qədər rəsm əsəri və əl işi nümayiş olunub. Nazirlik və tabeliyində fəaliyyət göstərən qurumların əməkdaşlarının fəal iştirakı nəticəsində təqdim olunan bütün məhsullar satılıb”.

İlk şərhi yaza bilərsiniz

Lütfən, buyurub bir şərh yaza bilərsiniz

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Mission News Theme by Compete Themes.