Press "Enter" to skip to content

Tatarıstanın Baş nazirinin müavini ilə görüş

Tatarıstanın Baş nazirinin müavini ilə görüş

BAYRAQDAR MEDİA – Energetika naziri Pərviz Şahbazov Tatarıstanın Baş nazirinin müavini, sənaye və ticarət naziri Oleq Korobçenkonun rəhbərlik etdiyi nümayəndə heyətini qəbul edib.

Bu haqda xəbər BAYRAQDAR MEDİA-ya Energetika Nazirliyinin (EN) mətbuat xidmətindən daxil olub.

Xəbərdə bildirilir ki, “görüşdə Azərbaycan-Rusiya münasibətləri çərçivəsində Tatarıstanla iqtisadi, o cümlədən enerji əməkdaşlığından məmnunluq ifadə edilib. Görüşdə enerji sahəsində əməkdaşlığın inkişafı, yeni texnologiyaların tətbiqi və enerji avadanlıqlarının istehsalı üzrə Tatarıstan təcrübəsinə dair fikir mübadiləsi aparılıb. Tatarıstanın elektrik enerji sisteminin cari vəziyyəti və planlaşdırılan layihələr barədə ətraflı məlumat verilib. Bildirilib ki, son illərdə sənaye və energetika sahəsində həyata keçirilən texnoloji modernizasiya çərçivəsində yeni texnologiyaların lokalizasiyası istiqamətində mühüm nəticələr əldə edilib”.

Azərbaycan tərəfi gələn il keçiriləcək “Kazan Beynəlxalq Elektroenergetika Forumu”nda geniş tərkibdə iştiraka dəvət edilib. Qeyd olunub ki, Forum MDB ölkələri arasında enerji əməkdaşlığının genişləndirilməsi baxımından mühüm platforma rolunu oynayır. Forum çərçivəsində bir sıra texniki və praktiki məsələlər, o cümlədən enerji sistemlərinin modernləşdirilməsi və yüksək gərginlikli enerji texnologiyaları üzrə əməkdaşlıq imkanları nə

İlk şərhi yaza bilərsiniz

Lütfən, buyurub bir şərh yaza bilərsiniz

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Mission News Theme by Compete Themes.