Press "Enter" to skip to content

AQC-də mühüm kadr dəyişiklikləri

BAYRAQDAR MEDİA – Azərbaycan Qiymətləndiricilər Cəmiyyətinin (AQC)fəaliyyətinin daha da səmərəli təşkili məqsədilə iclasda mühüm kadr dəyişiklikləri baş verib. Bu barədə qərar AQC-nin İdarə Heyətinin geniştərkibli ümumi iclasında qəbul edilib.

AQC-dən BAYRAQDAR MEDİA-ya verilən məlumta görə, qərara müvafiq olaraq İlham Bağırov AQC-nin Tikinti, Abadlıq və Köçürülmə Komissiyasının sədr müavini, Firdovsi Xəlilov AQC-nin Əmlak Bazarının Təhlili Departamentinin rəhbəri, Samir Nəsibov isə AQC-nin Bank Sektoru ilə İş üzrə Koordinatoru vəzifələrinə təsdiq ediliblər.

Məlumata görə, iclasın sonunda cari təşkilati məsələlər ətrafında fikir mübadiləsi aparılıb, cəmiyyət üzvlərinin təklif və tövsiyələri dinlənilib, üzvlərə vəsiqələr təqdim olunub.

İlk şərhi yaza bilərsiniz

Lütfən, buyurub bir şərh yaza bilərsiniz

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Mission News Theme by Compete Themes.