BAYRAQDAR MEDİA – Dövlət İmtahan Mərkəzinin müxtəlif ali təhsil müəssisələrində və DİM-in regional bölmələrində Abituriyent Məsləhət Mərkəzləri fəaliyyət göstərirlər.
Bu barədə DİM-dən daxil olan məlumatda qeyd edilib.
Məlumata görə, Abituriyent Məsləhət Mərkəzlərində vətəndaşlara ödənişsiz əsaslarla xidmət göstərilir: “Burada xüsusi təlimlərə cəlb olunan əməkdaşlar tələbə qəbulu qaydaları, elektron ərizə və ixtisas seçimi ərizələrinin doldurulması, müsabiqə şərtləri və s. məsələlərlə bağlı abituriyentlərə kömək edirlər.
Məsləhət mərkəzləri Bakı şəhəri üzrə Qərbi Kaspi, Azərbaycan, Bakı Biznes, Odlar Yurdu, Memarlıq və İnşaat, Texniki Universitet, Milli Konservatoriya, Neft və Sənaye Universiteti, Sumqayıtda Sumqayıt Dövlət Universiteti, Gəncədə Azərbaycan Dövlət Aqrar Universiteti və Dövlət İmtahan Mərkəzinin Naxçıvan, Göyçay, Şəki, Xaçmaz, Lənkəran, Gəncə, Şirvan, Bərdə, Şəmkir regional bölmələrində həftənin 5 günü (şənbə və bazar günləri istisna olmaqla) saat 10:00-dan 17:00-dək fəaliyyət göstərirlər. Ünvanlarla buradan tanış ola bilərsiniz”.
Qeyd edilib ki, hazırda I, II, III və IV ixtisas qrupları üzrə qəbul imtahanının 2-ci mərhələsinin 2-ci cəhdində iştirak etmək istəyən abituriyentlərin qeydiyyatı davam edir. Abituriyentlər hər hansı dəstəyə ehtiyac duyduqları halda məsləhət mərkəzlərinə müraciət edə bilərlər.






İlk şərhi yaza bilərsiniz