BAYRAQDAR MEDİA – Fırat Universiteti və Elazığ İl Mədəniyyət və Turizm İdarəsinin birgə təşkilatçılığı ilə Türk Mətbəxi Həftəsi çərçivəsində tələbələrə Elazığa məxsus yerli yeməklər təqdim olunub. Tədbir universitetin Sosial Elmlər Peşə Məktəbinin Aşpazlıq proqramı tərəfindən təşkil edilib.
Bu barədə universitetin məlumatında qeyd edilib.
Məlumatda deyilir ki, burada türk mətbəxinin zənginliyi və mədəni irsin gələcək nəsillərə ötürülməsinin əhəmiyyəti vurğulanıb: “Tədbirdə hazırlanan yerli təamlar iştirakçıların böyük marağına səbəb olub. Proqrama millət vəkilləri, universitet rəhbərliyi, müəllimlər və tələbələr qatılıblar. Aşpazlıq proqramının tələbələrinin hazırladığı yeməklər qonaqlar tərəfindən yüksək qiymətləndirilib”.
Bildirilib ki, tədbir Elazığın qastronomiya mədəniyyətinin tanıdılmasına mühüm töhfə verir.






İlk şərhi yaza bilərsiniz