BAYRAQDAR MEDİA – Ankara Universitetinin rektoru Prof. Dr. Necdet Ünüvar Misir səfəri çərçivəsində Qahirə Universitetində görüş keçirib. Görüşdə iki universitet arasında mümkün əməkdaşlıq imkanları müzakirə olunub.
Ankara Universitetin məlumatında qeyd edilir ki, tərəflər xüsusilə Misirşünaslıq və türk dili tədrisi sahəsində birgə layihələrin həyata keçirilməsini dəyərləndiriblər. Türkiyənin Qahirədəki səfiri Salih Mutlu Şen Qahirə Universitetinin Misirin ən nüfuzlu ali məktəblərindən biri olduğunu vurğulayıb. Rektor Necdet Ünüvar isə Türkiyə ilə Misir arasında qədim əlaqələrin mövcud olduğunu, universitetlərarası münasibətlərin də inkişaf etdirilməsinin vacibliyini bildirib.
Qahirə Universitetinin rektoru Mohamed Sami Abdelsadek də Türkiyə universitetləri ilə əməkdaşlığa böyük önəm verdiklərini qeyd edib.
Görüşdə elmi araşdırmalar və akademik əlaqələrin gücləndirilməsinin hər iki ölkə üçün mühüm olduğu bildirilib.






İlk şərhi yaza bilərsiniz