BAYRAQDAR MEDİA – May ayı ərzində Bakı Şəhəri üzrə Təhsil İdarəsinə (BŞTİ) 12 802 müraciət daxil olub. Daxil olan müraciətlərin əksəriyyəti cavablandırılıb və operativ şəkildə həll olunub.
Bu barədə BAYRAQDAR MEDİA-ya BŞTİ-nin Mətbuat xidmətindən məlumat verilib.
Bildirilib ki, statistikaya əsasən, Çağrı Mərkəzinə (146-1 nömrəli) 9 min 59 zəng daxil olub. Vətəndaşların Qəbulu Mərkəzinə 1 min 619 müraciət daxil olub: “BŞTİ-yə 1 min 902 sənəd (vətəndaşlar tərəfindən 497 ərizə, Elm və Təhsil Nazirliyindən 349, digər qurumlardan 326, tabelikdə olan təhsil müəssisələrindən 473 məktub və 257 kadr ərizəsi) daxil olub və qeydiyyata alınıb. Həmçinin 222 elektron müraciətə baxılıb. Daxil olan müraciətlər müxtəlif məsələlərin tənzimlənmə qaydalarının öyrənilməsi, məktəbəqədər təhsil müəssisələrinə və I sinfə qəbul, müəllimlərin əmək müqaviləsinin müddətinin uzadılması, işə qəbul və digər məsələləri əhatə edir”.






İlk şərhi yaza bilərsiniz