Press "Enter" to skip to content

Milli Teatr Konyada Beynəlxalq festivalda

Milli Teatr Konyada Beynəlxalq festivalda

BAYRAQDAR MEDİA – Akademik Milli Dram Teatrı Mədəniyyət Nazirliyi və Türkiyə Mədəniyyət və Turizm Nazirliyinin dəstəyi ilə Konya Beynəlxalq Teatr Festivalında iştirak edir.

Bu haqda xəbər BAYRAQDAR MEDİA-ya Dram Teatrının mətbuat xidmətindən daxil olub.

Xəbərdə deyilir ki, “iyunun 2-də festivalın rəsmi açılış mərasimi olub. Türkiyə Dövlət Teatrlarının Baş direktoru Tamer Karadağlı ilə Akademik Milli Teatrın direktoru, Əməkdar mədəniyyət işçisi İlham Əsgərov və teatrın bir sıra aktyorlarının görüşü keçirilib. Görüşdə hər iki ölkənin mədəniyyət nazirliklərinin dəstəyi ilə Türkiyənin Dövlət Teatrları və Akademik Milli Dram Teatrı arasında əməkdaşlığın qurulması yüksək qiymətləndirilib. Bu ilin martın 10-da Bakıda Milli Teatr Günündə türkdilli ölkələrin milli teatrlarının, eləcə də Türkiyə Dövlət Teatrlarının iştirakı xatırladılıb. Milli Dram Teatrının bu təşəbbüsünün ümumtürk teatr mədəniyyətinin inkişafına xidmət edən gözəl nümunə olduğu qeyd edilib. Gələcək inkişafla bağlı müzakirələr aparılıb”.

Sonra xəbərdə, “qeyd edək ki, Milli Dram Teatrı iyunun 3-də Vilyam Şekspirin “Kral Lir” əsəri əsasında hazırlanmış “Kral Lirin faciəsi” tamaşası ilə çıxış edəcək. Tamaşanın quruluşçu rejissoru və bəstəkarı Şota Rustaveli adına Gürcüstan Milli Teatrının baş rejissoru David Sakvarelidze, rejissoru Anar Babalıdır. Əsərin tərcümə və səhnə variantının müəllifi Kamran Nəzirli, quruluşçu və geyim üzrə rəssamı Vüsal Rəhim, işıq üzrə rəssamı Rafael Vaqifoğlu, rejissor assistenti Nərmin Həsənovadır. Səhnə döyüşü və plastik həll Bəhruz Əhmədliyə məxsusdur. Tamaşada xalq artistləri Nurəddin Mehdixanlı, Sabir Məmmədov, Əməkdar artistlər Münəvvər Əliyeva, Elnar Qarayev, Anar Heybətov, Elşən Rüstəmov, aktyorlar İlahə Həsənova, Rəbbilə Ələkbərzadə, Tural İbrahimov, Elsevər Rəhimov, Elçin Nurəliyev, Əliulla Vəliyev, Rəvan Səmədov, Vüsal Mustafayev, Kənan Hüseynov, Muhuma Sahov, Rüfət Əhmədov, Fərid Qarayev, Nicat İsgəndərov, Nihad AslanAylin Həşimli iştirak edirlər” deyə bildirilir.

İlk şərhi yaza bilərsiniz

Lütfən, buyurub bir şərh yaza bilərsiniz

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Mission News Theme by Compete Themes.