Press "Enter" to skip to content

Təqdimat: “Vətəndaş sağlamlığına rəqəmsal qayğı: Tibbi Rəqəmsal Əkiz Sistemi”

Təqdimat: “Vətəndaş sağlamlığına rəqəmsal qayğı: Tibbi Rəqəmsal Əkiz Sistemi”

BAYRAQDAR MEDİA – Səhiyyə Nazirliyi (SN) vətəndaşların sağlamlıq məlumatlarının beynəlxalq standartlara uyğun şəkildə toplanmasını və fasiləsiz mübadiləsini təmin edən “Tibbi Rəqəmsal Əkiz Sistemi”ni (TRƏS) təqdim edib.

Bu haqda xəbər BAYRAQDAR MEDİA-ya SN-in mətbuat xidmətindən daxil olub.

Xəbərdə deyilir ki, “real vaxt rejimində əhalinin sağlamlığının monitorinqinə, təkrar analizlərin aradan qaldırılmasına və sosial ədalətin təmininə xidmət edən FHIR standartı əsasında qurulan bu mərkəzləşdirilmiş sistem 20-dən çox rəqəmsal həlli vahid platformada birləşdirib. Azərbaycan bu həlli tətbiq edərək Qafqaz və Mərkəzi Asiya regionunda rəqəmsal səhiyyə sahəsində lider mövqeyə yüksəlib. Açılış nitqi ilə çıxış edən səhiyyə naziri Teymur Musayev bildirib ki, rəqəmsal səhiyyə infrastrukturunun təkmilləşdirilməsi istiqamətində Prezident İlham Əliyevin rəhbərliyi altında mühüm addımlar atılıb. T.Musayev vurğulayıb ki, Tibbi Rəqəmsal Əkiz Sistemi vətəndaşların sağlamlıq məlumatlarının vahid elektron reyestrlər vasitəsilə toplanmasını təmin edən mərkəzləşdirilmiş platformadır və süni intellekt vasitəsilə əhalinin sağlamlıq vəziyyətinin proqnozlaşdırılmasına, eləcə də böhranların idarə olunmasına imkan yaradır. Tədbirdə “Vətəndaş sağlamlığına rəqəmsal qayğı: Tibbi Rəqəmsal Əkiz Sistemi”nin yaratdığı üstünlüklər barədə videoçarx təqdim edilib”.

Sonra xəbərdə, “Ümumdünya Səhiyyə Təşkilatının Avropa üzrə Regional direktorunun xüsusi nümayəndəsi Robb Batler çıxış edərək Azərbaycanın səhiyyə sahəsində həyata keçirdiyi rəqəmsal transformasiya layihələrini yüksək qiymətləndirib və Azərbaycanın səhiyyənin rəqəmsallaşdırılması üzrə Qafqaz və Mərkəzi Asiya regionunda aparıcı mövqedə olduğunu qeyd edib. Beynəlxalq ekspert Mehmet Zahid Ercan isə “Tibbi Rəqəmsal Əkiz Sistemi” mövzusunda təqdimatla çıxış edərək layihənin texnoloji xüsusiyyətlərini və innovativ imkanlarını iştirakçılara təqdim edib. Hazırda Vahid Səhiyyə İnformasiya Sisteminin Hökumət Buluduna miqrasiyası tam başa çatdırılıb. Elektron xəstəlik vərəqəsi sistemi ölkə üzrə tam tətbiq olunub və kağız daşıyıcıların istifadəsi ləğv edilib. Bundan əlavə, elektron epikrizlərin vahid reyestri yaradılıb və sosial ödənişlər, eləcə də sığorta proseslərində elektron epikrizlərdən istifadəyə başlanılıb” deyə qeyd edilir.

Təqdimatın sonunda SN 2 nömrəli Bakı Baza Tibb Kollecinin tələbələri tədbir iştirakçıları üçün monitorlar vasitəsilə “Tibbi Rəqəmsal Əkiz Sistemi”nin xəstələrin sağlamlıq göstəricilərinin rəqəmsal mühitdə modelləşdirilməsi, məlumatların operativ təhlili və tibbi qərarların dəstəklənməsindəki rolunu nümayiş etdiriblər.

İlk şərhi yaza bilərsiniz

Lütfən, buyurub bir şərh yaza bilərsiniz

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Mission News Theme by Compete Themes.