Press "Enter" to skip to content

Zəngilanda növbəti əmək yarmarkası

BAYRAQDAR MEDİA – İyunun 3-də Zəngilanda növbəti əmək yarmarkası olacaq. Yarmarka Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Məşğulluq Agentliyi tərəfindən keçiriləcək.

Bu barədə nazirlikdən məlumat verilib.

Bildirilib ki, yarmarka Zəngilan Su Meliorasiya Sistemlərinin İstismarı İdarəsi ilə birgə iyunun 3-də saat 15:00-da Zəngilan şəhəri, Samir Sarıyev küçəsi, 7 ünvanında keçiriləcək. Yarmarkada nasos qurğuların maşinisti, təmizləyici qurğuların operatoru, təmirçi-çilingər və digər vakansiyalar təqdim olunacaq.

Aktiv məşğulluq tədbirində vakansiyalara uyğun namizədlərin qeydiyyatı aparılacaq. Habelə agentliyin icra etdiyi məşğulluq proqramları barədə iştirakçılara ətraflı məlumat veriləcək.

Əmək yarmarkasına gələn namizədlərin şəxsiyyət vəsiqələrini təqdim etmələri mütləqdir.

İlk şərhi yaza bilərsiniz

Lütfən, buyurub bir şərh yaza bilərsiniz

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Mission News Theme by Compete Themes.