Press "Enter" to skip to content

Rus və ingilis dili fənləri üzrə hazırlıq kursları 

BAYRAQDAR MEDİA – Dövlət İmtahan Mərkəzində 3 iyun 2026-cı il tarixində rus dili və ingilis dili fənləri üzrə hazırlıq kursları keçirilib.

Bu barədə DİM-in məlumatında qeyd edilib.

Bildirilib ki, hazırlıq kurslarında yalnız elektron qeydiyyatdan keçmiş, ixtisası müvafiq fənnə uyğun olan müəllimlər, metodistlər və pedaqoji profilli ali təhsil müəssisələrinin bakalavriat səviyyəsində həmin fənn üzrə təhsil alan sonuncu kurs tələbələri və magistrlər iştirak ediblər.

Hazırlıq kursları həm əyani, həm də onlayn təşkil edilib. Regional bölmələr (Naxçıvan, Gəncə, Şirvan, Lənkəran, Şəki, Göyçay, Bərdə, Şəmkir, Xaçmaz) üzrə qeydiyyatdan keçmiş iştirakçılar məşğələlərdə onlayn formatda iştirak ediblər.

Hazırlıq kurslarında moderatorlar – rus dili fənni üzrə Viktoriya Ələkbərova, ingilis dili fənni üzrə Nərminə Əliyeva kurs iştirakçılarının hazırladıqları ev tapşırıqlarının müzakirəsini həyata keçiriblər. Müzakirə zamanı iştirakçılara ev tapşırıqları ilə bağlı təkliflər verilib, fikirlər söylənilib və iştirakçıların sualları cavablandırılıb.

Hazırlıq kursları növbəti həftə davam etdiriləcəkdir.

İlk şərhi yaza bilərsiniz

Lütfən, buyurub bir şərh yaza bilərsiniz

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Mission News Theme by Compete Themes.