Press "Enter" to skip to content

BDU və Qərbi Azərbaycan İcması arasında əməkdaşlıq

BDU və Qərbi Azərbaycan İcması arasında əməkdaşlıq

BAYRAQDAR MEDİA – Bakı Dövlət Universiteti (BDU) və Qərbi Azərbaycan İcmasının (QAİ) birgə təşkilatçılığı ilə keçirilən “Qərbi Azərbaycana qayıdış: milli ideyanın yeni mərhələsi kimi” mövzusunda I Beynəlxalq elmi konfrans çərçivəsində mühüm əməkdaşlıq sənədi imzalanıb.

Bu haqda xəbər BAYRAQDAR MEDİA-ya BDU-nun mətbuat xidmətindən daxil olub.

Xəbərdə deyilir ki, “BDU ilə QAİ əməkdaşlıq haqqında anlaşma memorandumu imzalayıb. Memorandumun əsas məqsədi BDU və QAİ arasında elm, təhsil, tədqiqat, mədəni irsin qorunması və təbliği, tarixi yaddaşın öyrənilməsi, insan kapitalının inkişafı və ümumi maraq doğuran digər sahələr üzrə əməkdaşlıq münasibətlərinin qurulması, genişləndirilməsi və inkişaf etdirilməsidir”.

Sonra xəbərdə, “bu əməkdaşlıq Qərbi Azərbaycanın tarixi, coğrafiyası, demoqrafiyası, etnoqrafiyası, mədəni irsi, toponimiyası, hüquqi məsələləri və digər əlaqəli istiqamətlər üzrə birgə elmi tədqiqatların aparılması, maddi, qeyri-maddi mədəni irsin araşdırılması, sənədləşdirilməsi, qorunması və geniş ictimaiyyətə çatdırılmasında birgə fəaliyyətin həyata keçirilməsini nəzərdə tutur” deyə qeyd edilir.

İlk şərhi yaza bilərsiniz

Lütfən, buyurub bir şərh yaza bilərsiniz

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Mission News Theme by Compete Themes.