Press "Enter" to skip to content

Sosial aksiya davam edir

Ukraynalı uşaqlar

Ukraynadan daha bir qrup uşaq reabilitasiya məqsədilə Azərbaycana gətirilib

BAYRAQDAR MEDİA – Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Sosial Xidmətlər Agentliyinin təşkilatçılığı ilə daha 30 ukraynalı uşaq sosial-psixoloji reabilitasiya xidmətləri ilə təmin edilmək məqsədilə Azərbaycana gətiriliblər.

Bu barədə nazirlikdən məlumat verilib.

Bildirilib ki, 10 gün davam edəcək proqram çərçivəsində uşaqların əvvəlcə Bakı şəhərində yerləşən düşərgədə qrup terapiyalarında, meditasiya və yoqa məşğələlərində, eləcə də müxtəlif psixo-sosial təlim və ustad dərslərində iştirakı nəzərdə tutulur: “Növbəti günlərdə onlar Qəbələ Uşaq Reabilitasiya Mərkəzində tibbi, sosial-psixoloji reabilitasiya xidmətləri ilə əhatə olunacaqlar. Eləcə də uşaqlara müalicəvi masaj, müalicəvi hovuz və vanna, art-terapiya və s. reabilitasiya xidmətləri göstəriləcək. Həmçinin proqram iştirakçıları üçün Azərbaycanın zəngin mədəni irsi, incəsənəti, tarixi məkanları və milli mətbəxi ilə yaxından tanışlıq imkanı yaradılacaq”.

Qeyd edilib ki, məqsəd Ukraynadakı müharibədən əziyyət çəkən uşaqların emosional vəziyyətlərinin stabilləşməsinə, eləcə də cəmiyyətə inteqrasiyalarının təmin edilməsinə dəstək göstərməkdir.

İlk şərhi yaza bilərsiniz

Lütfən, buyurub bir şərh yaza bilərsiniz

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Mission News Theme by Compete Themes.