Press "Enter" to skip to content

Tuzlucada kəklik sürüsü – VİDEO

Kəklik

Son yeniləmə: 5 İyun 2026

BAYRAQDAR MEDİA – Türkiyənin Iğdır vilayətinin Tuzluca rayonunda çay kənarında ilk dəfə bu qədər böyük sayda görüntülənən 10-12 başlıq qırmızıayaqlı kəklik sürüsü yerli sakinlər arasında sevinc və təəccüb doğurub.

Bu barədə igdirhaber.net saytı məlumat yayıb.

Bildirilib ki, Tuzlucada çay sahillərində müşahidə olunan kəkliklər bölgənin zəngin vəhşi təbiətini bir daha nümayiş etdirib: “Kəkliklərin sayındakı artım bioloji müxtəliflik və təbii tarazlığın qorunması baxımından müsbət hal kimi qiymətləndirilir. Sürünü görən yerli sakinlərdən biri indiyədək ən çox 2-3 kəklik gördüyünü, lakin ilk dəfə bu qədər çox sayda quşun bir arada müşahidə edildiyini bildirib”.

Mütəxəssislərin fikrincə, kəkliklər və qırqovullar təbiətdə yırtıcı təzyiqinin azaldılmasında və vəhşi heyvan populyasiyasının qorunmasında mühüm rol oynayır. Tuzlucadakı müşahidələr bu quşların bölgədə aktiv şəkildə yaşadığını göstərir: “Ekspertlər həmçinin vurğulayırlar ki, kəklik və qırqovullar gənələrlə mübarizədə təbii bioloji nəzarət vasitəsi hesab olunur. Bu quşlar gənə populyasiyasının azalmasına töhfə verməklə son illərdə artan Krım-Konqo hemorragik qızdırması hallarına qarşı təbii tarazlığın qorunmasına dəstək göstərirlər. Bölgədə kəklik populyasiyasının qorunub saxlanılması heyvandarlıqla məşğul olan sakinlər tərəfindən də müsbət qarşılanır. Onların sayının artması həm insan, həm də heyvan sağlamlığı üçün faydalı hesab olunur”.

Səlahiyyətli qurumlar isə gənələrlə mübarizə və əhalinin maarifləndirilməsi istiqamətində tədbirlərin davam etdirildiyini bildiriblər.

İlk şərhi yaza bilərsiniz

Lütfən, buyurub bir şərh yaza bilərsiniz

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Mission News Theme by Compete Themes.