Press "Enter" to skip to content

Ümumilikdə 275 namizəd qeydiyyatdan keçib

Dövlət İmtahan Mərkəzi

BAYRAQDAR MEDİA – Dövlət İmtahan Mərkəzi (DİM) iyunun 7-də inzibati rəhbər vəzifələrə aid AB, AC və inzibati icraçı vəzifələrə aid BA, BB vəzifə altqruplarına uyğun vəzifələr üzrə dövlət qulluğunda fəaliyyətin davam etdirilməsi imtahanı və dövlət qulluğunda inzibati vəzifələrin B növünə aid BB vəzifə altqrupuna uyğun vəzifələr üzrə qəbul imtahanı keçirəcək.

DİM-dən bildirilib ki, BB vəzifə altqrupu üzrə test imtahanında iştirak etmək üçün 1389 namizəd qeydiyyatdan keçib. Fəaliyyətin davam etdirilməsi üzrə imtahanda iştirak etmək üçün AB qrupu üzrə 8, AC qrupu üzrə 15, BA qrupu üzrə 73, BB qrupu üzrə isə 179 olmaqla, ümumilikdə 275 namizəd qeydiyyatdan keçib.

Namizədlər imtahana gələrkən şəxsiyyətini təsdiq edən sənədin əslini və “İmtahana buraxılış vərəqəsi”ni mütləq gətirməlidirlər. Buraxılış vərəqəsində imtahana gəlməli olan vaxt və digər zəruri məlumatlar göstərilib.

İmtahanların keçirilməsi üçün 18 zal admini, 108 nəzarətçi və 16 buraxılış rejimi əməkdaşı ayrılıb.

İlk şərhi yaza bilərsiniz

Lütfən, buyurub bir şərh yaza bilərsiniz

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Mission News Theme by Compete Themes.