Press "Enter" to skip to content

Çanakkaledə ilk elm festivalı keçiriləcək

BAYRAQDAR MEDİA – TÜBİTAK-ın 4007 Elm Şənliklərinə Dəstək Proqramı çərçivəsində dəstəklənən “BilimFest Çanaqqala” festivalı 5-7 iyun 2026-cı il tarixlərində Anadolu Hamidiyə Tabyalarında keçiriləcək.

Bu barədə canakkalehaber.com saytı məlumat yayıb.

Bildirilib ki, dosent Hicran Özlem Ilğının rəhbərliyi ilə 12 qurumun əməkdaşlığı və Ezine Bələdiyyəsinin dəstəyi ilə təşkil olunan festival Çanaqqalada ilk dəfə elm festivalı formatında olacaq: “Festival çərçivəsində elm, texnologiya və incəsənət mövzularında 63 müxtəlif seminar və praktiki məşğələ keçiriləcək. Proqramda raketlərin hazırlanması və buraxılması, planetarium nümayişləri, virtual reallıq təcrübələri, dəniz canlıları və ekosistemlər, göbələklər aləmi, coğrafi işarəli məhsullar, süni intellekt, robot texnologiyaları, səma müşahidələri və pilotsuz uçuş aparatları ilə bağlı fəaliyyətlər yer alacaq”.

Hər yaş qrupuna uyğun nəzərdə tutulan festival üç gün ərzində saat 09:00-dan 17:00-dək açıq olacaq. Bütün tədbirlər ödənişsiz keçiriləcək.

İlk şərhi yaza bilərsiniz

Lütfən, buyurub bir şərh yaza bilərsiniz

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Mission News Theme by Compete Themes.