Press "Enter" to skip to content

Hasan Kallimci üçün “Vəfa gecəsi”

BAYRAQDAR MEDİA – Türk uşaq ədəbiyyatının tanınmış nümayəndəsi, ömrünü türk uşaqlarının milli dəyərlər ruhunda yetişməsinə həsr etmiş Hasan Kallimcinin şərəfinə iyunun 6-da Denizlidə “Vəfa gecəsi” təşkil olunacaq. Denizli Böyükşəhər Bələdiyyəsinin Mədəniyyət Mərkəzində keçiriləcək tədbirdə yazıçının həyat və yaradıcılığından bəhs edən “Türk uşaqlarına həsr edilmiş bir ömür: Hasan Kallimci” sənədli filmi ilk dəfə tamaşaçılara təqdim ediləcək.

Bu barədə Kırım Haber Ajansı məlumat yayıb.

Məlumatda deyilir ki, proqram çərçivəsində Kallimcinin 60 illik ədəbi və mədəni fəaliyyətinə nəzər salınacaq, çıxışlar, şeirlər və teatr tamaşaları nümayiş olunacaq. Yazıçı bildirib ki, həyatını türk uşaqları və gənclərinin öz milli dəyərlərinə bağlı şəkildə yetişməsinə həsr edib və belə bir vəfa gecəsi ilə yad edilmək onun üçün böyük qürur mənbəyidir. Tədbirdə onun keçmiş tələbələri, oxucuları və ədəbiyyatsevərlər də iştirak edəcəklər.

İlk şərhi yaza bilərsiniz

Lütfən, buyurub bir şərh yaza bilərsiniz

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Mission News Theme by Compete Themes.