BAYRAQDAR MEDİA – Yalovanın Çiftlikköy rayonunda Krım tatarlarının qədim ənənələrindən olan Tepreş Şənliyinə hazırlıq işləri yekunlaşmaq üzrədir. Çiftlikköy Krım Tatar Türkləri Dərnəyi və Çiftlikköy Bələdiyyəsinin birgə təşkilatçılığı ilə keçiriləcək tədbir 7 iyun tarixində Mokamp ərazisində olacaq.
Bu barədə yalovagazetesi.com saytı məlumat yayıb.
Məlumatda deyilir ki, şənlikdə Krım tatar mədəniyyətini əks etdirən xalq rəqsləri, milli musiqi nümunələri və müxtəlif mədəni proqramlar təqdim olunacaq: “Dərnəyin sədri Zeki Ertürk bildirib ki, tədbirə tanınmış zəlzələşünas professor Şener Üşümezsoy və sənətçi Orhan Gencebay da dəvət olunublar. Proqram çərçivəsində Eskişehirdən Anife Kurtseitovanın rəhbərlik etdiyi Krım Ailəsi Topluluğu və Bursa Krım Xalq Rəqsləri Kollektivi çıxış edəcək”.
Tədbirdə Krım tatar xalq rəqsləri, mahnıları və milli musiqi alətləri nümayiş etdiriləcək. Zeki Ertürk vurğulayıb ki, yüzillərdir yaşadılan Tepreş ənənəsi bolluq, bərəkət və birlik rəmzidir. Onun sözlərinə görə, hər il keçirilən bu şənlik Krım tatarlarının zəngin mədəni irsinin gənc nəsillərə ötürülməsinə mühüm töhfə verir.






İlk şərhi yaza bilərsiniz