Press "Enter" to skip to content

Iğdır Universitetində üçqat bayram

Iğdır Universiteti

BAYRAQDAR MEDİA – Iğdır Universitetində ali təhsil ocağının yaradılmasının 18-ci ildönümü, Qurban bayramı münasibətilə bayramlaşma mərasimi və rektor professor Ekrem Gürelin vəzifədə ilk ilinin tamam olması münasibətilə təntənəli qəbul keçirilib.

Bu barədə universitetin məlumatında qeyd edilib.

Bildirilib ki, tədbirdə vilayət rəhbərliyi, akademik və inzibati heyət, eləcə də media nümayəndələri iştirak ediblər: “Çıxışı zamanı rektor professor Ekrem Gürel universitetin beynəlxalq səviyyədə tanınan böyük elm və təhsil mərkəzinə çevrildiyini vurğulayıb. O, 23 may 2025-ci ildə başladığı vəzifəsində bir ili geridə qoyduğunu xatırladaraq əldə olunan nailiyyətlərin bütün universitet kollektivinin birgə əməyinin nəticəsi olduğunu bildirib”.

Təntənəli proqramda universitetin inkişafını əks etdirən təqdimat filmi nümayiş olunub, 18-ci il yubiley tortu kəsilib və Gözəl Sənətlər Fakültəsinin xor kollektivi musiqi proqramı ilə çıxış edib.

İlk şərhi yaza bilərsiniz

Lütfən, buyurub bir şərh yaza bilərsiniz

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Mission News Theme by Compete Themes.