BAYRAQDAR MEDİA – Azərbaycan minifutbol millisi Avropa çempionatının qalibi olub.
Bu haqda xəbər BAYRAQDAR MEDİA-ya Azərbaycan Minifutbol Federasiyasından daxil olub.
Xəbərdə deyilir ki, “Azərbaycan yığması final görüşündə Ukrayna millisini Mirmehdi Rzayev və İsa Atayevin qolları ilə 2:0 hesabı ilə məğlub edərək tarixində ikinci dəfə Avropa çempionu adına layiq görülüb. Final matçının ən yaxşı futbolçusu millimizin üzvü Mirmehdi Rzayev seçilib. Eşqin Tağıyev isə Avropa çempionatının ən yaxşı futbolçusu adına layiq görülüb”.






İlk şərhi yaza bilərsiniz