Press "Enter" to skip to content

Ceyhun Bayramov Ceenbek Kulubayevi təbrik edib

BAYRAQDAR MEDİA – yunun 4-də Azərbaycan Respublikasının xarici işlər naziri Ceyhun Bayramovla Qırğız Respublikasının xarici işlər naziri Ceenbek Kulubayev arasında telefon danışığı olub.

Bu barədə Xarici İşlər Nazirliyinin məlumatında qeyd edilib.

Bildirilib ki, telefon danışığı zamanı, nazir Ceyhun Bayramov Qırğız Respublikasının yüksək səs çoxluğu ilə BMT Təhlükəsizlik Şurasının (TŞ) qeyri-daimi üzvü seçilməsi münasibətilə səmimi təbriklərini çatdırıb.

Tərəflər iki ölkə arasında regional və çoxtərəfli platformalarda, o cümlədən BMT TŞ çərçivəsində qarşılıqlı dəstəyin əhəmiyyətini vurğulayıblar.

İki ölkə arasında strateji tərəfdaşlığın mövcud səviyyəsindən məmnunluq ifadə edilərək, siyasi, iqtisadi, humanitar və digər sahələrdə əməkdaşlığın daha da inkişaf etdirilməsi imkanları müzakirə olunub.

Telefon danışığı zamanı həmçinin qarşılıqlı maraq doğuran digər ikitərəfli və regional məsələlər ətrafında fikir mübadiləsi aparılıb.

İlk şərhi yaza bilərsiniz

Lütfən, buyurub bir şərh yaza bilərsiniz

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Mission News Theme by Compete Themes.