BAYRAQDAR MEDİA – Çanakkale Onsəkkiz Mart Universitetinin (ÇOMÜ)Turizm Fakültəsində məzuniyyət mərasimi keçirilib.
Universitetin məlumatına görə, mərasimdə universitetin rektoru professor R. Cüneyt Erenoğlu, rektor müavinləri professor Hüsnü Levent Dalyancı və professor Arda Aydın, Turizm Fakültəsinin dekanı professor Şefik Okan Mercan, ali məktəb rəhbərləri, müəllimlər, tələbələr və valideynlər iştirak ediblər.
Böyük coşqu ilə keçən tədbirdə tələbələr məzun olmağın sevincini kep ataraq qeyd ediblər.
Tədbir Türkiyə Respublikasının dövlət himninin səsləndirilməsi və bir dəqiqəlik sükutla başlayıb. Daha sonra qonaqlar üçün musiqili proqram təqdim olunub.
Mərasim zamanı kurs birincisi məzuniyyət lövhəsinə adını həkk edib. Fərqlənən tələbələrə mükafatlar və fəxri fərmanlar təqdim olunub, bütün məzunlara diplomları verilib.
Tədbir məzunların kep atması və xatirə şəkillərinin çəkilməsi ilə başa çatıb.






İlk şərhi yaza bilərsiniz