Press "Enter" to skip to content

Energetika nazirinin Ağdamda qəbulu

Energetika nazirinin Ağdamda qəbulu

BAYRAQDAR MEDİA – Energetika naziri Pərviz Şahbazov iyunun 25-də Ağdam, Füzuli və Xocavənd rayonlarından olan vətəndaşları qəbul edəcək.

Bu haqda xəbər BAYRAQDAR MEDİA-ya Energetika Nazirliyinin (EN) mətbuat xidmətindən daxil olub.

Xəbərdə bildirilir ki, “qəbul saat 11:00-dan başlayaraq Ağdam Muğam Mərkəzində keçiriləcək. Qəbula gəlmək istəyən vətəndaşlar qeydiyyatdan keçmək üçün Nazirliyin “974” Çağrı Mərkəzi, 598-16-55 “Qaynar Xətt”i, 598-16-53/54 (daxili 1145, 1146, 1245) telefon nömrələri (əlaqələndirici şəxs: Əzizə Cəfərova), minenergy@minenergy.gov.az elektron poçt ünvanı, eləcə də Enerji Məsələlərini Tənzimləmə Agentliyinin Qarabağ filialı (əlaqələndirici şəxs: İbrahim Şirinov, əlaqə telefonu: (050) 200-36-11, elektron poçt ünvanı: office.garabagh@regulator.gov.az) vasitəsilə müraciət edə bilərlər. Həmçinin EN-in www.minenergy.gov.az internet səhifəsində yaradılmış “Qəbula yazılmaq“ bölməsi vasitəsilə də qəbul üçün müraciət etmək mümkündür”.

İlk şərhi yaza bilərsiniz

Lütfən, buyurub bir şərh yaza bilərsiniz

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Mission News Theme by Compete Themes.