Press "Enter" to skip to content

Kür çayı ilə bağlı dəyirmi masa 

Tədbir zamanı

BAYRAQDAR MEDİA – “Ana Kür” Ekoloji Problemlərin Öyrənilməsinə Kömək İctimai Birliyi Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə yardımı ilə icra etdiyi “Kür çayı ərazilərində biomüxtəlifliyin bərpası və alternativ ekoloji vərdişlərin təşviqi” layihəsi çərçivəsində növbəti tədbir keçirib.

İctimai Birliyin məlumatına görə, dəyirmi masa formatında təşkil olunan tədbirdə liseyin rəhbərliyi müəllimlər və şagirdlərlə yanaşı rayonun vətəndaş cəmiyyəti təmsilçiləri, ziyalıları, mətbuat işçiləri iştirak etmişlər. İctimai Birliyin sədri, layihə rəhbəri Rüstəm Məlikov icra olunan layihənin məram və məqsədləri barədə danışıb, problemin aktuallığını nəzərə çatdırıb, layihə çərçivəsində artıq görülmüş işlər barədə məlumat verməklə, həmçinin gözləntilər barədə söz açıb.

Tədbirin layihə komandasında iştirak edən Rayon Ağsaqqallar Şurasının sədri Məhəmməd Ağayev, Rayon Ziyalılar İctimai Birliyinin sədri Allahverdi Piriyev, Şirvan Salyan Regional Gənclər Təşkilatının məsul əməkdaşı Fariz Sadıqov və başqa iştirakçılar çıxış ediblər. Bildirilib ki, bu gün ətraf mühitin qorunması və bərpa olunması olduqca aktualdır. Ətrafında yaşadığımız Kür çayının timsalında bunu çox aydın görə bilirik. Vaxtı ilə sahillərində Tuğay meşələri olmuş ərazilərdə indi biomüxtəliflik son həddə qədər məhv olub. Onların bərpa olunması üçün edilən təşəbbüslər kifayət qədər olsa da ərazidə yaşayan insanlar, müasir şəhərsalma , eləcə də qlobal istiləşmə prosesi lazımı nəticələrin əldə edilməsinə mane olmaqdadır.

Vəziyyətin nizamlanması və bərpası üçün Azərbaycan dövlətinin həyata keçirdiyi proqramlarla yanaşı vətəndaşlarımızın da alternativ ekoloji davranışlara riayət etmələri çox vacibdir. Ekoloji sahədə çalışacaq lisey şagirdləri də bu işə öz tövhələrini daha çox verə bilərlər. Çay süfrəsi arxasında keçən dəyirmi masada şagirdləri maraqlandıran suallara cavablar verilib, maarifləndirici vərəqələr və “Ana Kürüm” qəzetinin son sayları paylanılıb.

İlk şərhi yaza bilərsiniz

Lütfən, buyurub bir şərh yaza bilərsiniz

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Mission News Theme by Compete Themes.