Press "Enter" to skip to content

Sofiya Universiteti dünyanın ən yaxşı universitetləri sırasında

Sofiya Universiteti

BAYRAQDAR MEDİA – Sofiya Universitetinin yaydığı məlumata görə, Dünya Universitet Reytinqləri Mərkəzinin (CWUR) 2026-cı il üzrə “Dünyanın ən yaxşı universitetləri” siyahısında Sofiya “Sveti Kliment Ohridski” Universiteti mühüm nəticə əldə edib.

Bu barədə Radio Bolqarıstan məlumat yayıb.

Bildirilib ki, reytinqə daxil edilən 21 min 291 universitet arasında Bolqarıstanın ən qədim ali təhsil müəssisəsi olan Sofiya Universiteti dünyanın ən yaxşı universitetlərinin ilk 5,2 faizi sırasına daxil olub.
CWUR reytinqi təhsil, məzunların məşğulluq göstəriciləri, professor-müəllim heyəti və elmi tədqiqatlar olmaqla dörd əsas sahə üzrə hazırlanıb.

Qiymətləndirmə zamanı elmi məhsuldarlıq, yüksək keyfiyyətli nəşrlər, elmi təsir göstəriciləri və istinadlar da daxil olmaqla yeddi əsas meyar nəzərə alınıb. Bu nəticə Sofiya Universitetinin beynəlxalq akademik nüfuzunun daha da yüksəldiyini göstərir.

İlk şərhi yaza bilərsiniz

Lütfən, buyurub bir şərh yaza bilərsiniz

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Mission News Theme by Compete Themes.