BAYRAQDAR MEDİA – Azərbaycan Pediatrlar Assosiasiyasının (APA) təşkilatçılığı, “Theraplay” Psixologiya və Nitq İnkişaf Mərkəzi və “Məlhəm” Beynəlxalq Hospitalının dəstəyi ilə xüsusi qayğıya ehtiyacı olan, o cümlədən neyroinkişaf pozuntuları olan uşaqlar üçün ikigünlük sosial-mədəni və tibbi aksiya təşkil olunub.
Bu barədə Assosiasiyadan məlumat verilib.
Məlumata görə, aksiyanın ilk günü “Theraplay” Psixologiya və Nitq İnkişaf Mərkəzində uşaqlar üçün bayram proqramı keçirilib: “Tədbir çərçivəsində əyləncəli oyunlar, kloun şousu və bayram ziyafəti təşkil olunub, həmçinin balacaların kinoteatrda birgə film nümayişi keçirilib. Tədbirdə tanınmış bloger Ruslan Aslanov texniki, təşkilati və sosial dəstəyi ilə fəal iştirak edib”.
Məlumatda deyilir ki, ikinci gün “Məlhəm” Beynəlxalq Hospitalında uşaqlar üçün bayram proqramı təşkil olunub: “Uşaqlara “Materia Medica” şirkəti tərəfindən yazıçı və ictimai xadim Bəhram Bağırzadənin Azərbaycan, rus və ingilis dillərində nəşr olunmuş uşaq kitabları, eləcə də yumşaq hədiyyələr bağışlanıb. Eyni zamanda, APA-nın üzvləri və “Məlhəm” Beynəlxalq Hospitalının həkimləri tərəfindən uşaqların kompleks tibbi müayinəsi aparılıb. Müayinələrdə Azərbaycan Pediatrlar Assosiasiyasının üzvləri, tibb üzrə fəlsəfə doktorları – dosent Lalə Hidayətova, dosent Fəxriyyə Məmmədova, dosent Ülviyyə Hacıyeva, eləcə də Dr. Zabıta Abbasova, Dr. Sahilə Ələkbərova, Dr. Səid Səidov, Dr. Anar Qurbanov, Dr. Emilya Əfəndiyeva və digər mütəxəssislər iştirak ediblər”.






İlk şərhi yaza bilərsiniz