BAYRAQDAR MEDİA – Özbəkistanda şahmat üzrə “UzChess Cup” adlı ənənəvi beynəlxalq turnirə başlanılıb.
Bu haqda xəbər BAYRAQDAR MEDİA-ya Azərbaycan Şahmat Federasiyasından daxil olub.
Xəbərdə deyilir ki, “ən güclülərin yarışdığı “Masters” bölümündə Azərbaycanı milli komandanın üzvü Şəhriyar Məmmədyarov təmsil edir. Birinci turda təmsilçi Hindistan şahmatçısı Vidit Santoş Gujrathiyə qalib gələrək yarışda ilk xalını qazanıb. Qeyd edək ki, turnirin “Challenge” bölməsində Azərbaycanın iki şahmatçısı – Eltac Səfərli və Məhəmməd Muradlı da çıxış edir. Onların yarışında birinci turun partiyaları iyunun 8-də oynanılacaq”.
Bildirək ki, altı ölkənin qatıldığı beynəlxalq turnirə iyunun 15-də yekun vurulacaq.






İlk şərhi yaza bilərsiniz