BAYRAQDAR MEDİA – Azərbaycan Qida Təhlükəsizliyi Agentliyi (AQTA) idmançılar və gənclər arasında sağlam və təhlükəsiz qidalanma vərdişlərinin formalaşdırılması, həmçinin idman qidaları və bioloji aktiv qida məhsullarından düzgün istifadənin təşviqi məqsədilə həyata keçirdiyi “Doğru seçim, yüksək nəticə!” maarifləndirmə kampaniyasını davam etdirir.
Bu haqda xəbər BAYRAQDAR MEDİA-ya AQTA-nın mətbuat xidmətindən daxil olub.
Xəbərdə deyilir ki, “kampaniya çərçivəsində sərbəst güləş üzrə üçqat dünya və dördqat Avropa çempionu, Olimpiya Oyunlarının mükafatçısı Hacı Əliyev idman qidaları ilə bağlı gənclərə müraciət edib. O bildirib ki, son illərdə idmana marağın artması ilə paralel olaraq idman qidalarından istifadə edənlərin sayı da artır”.
Sonra xəbərdə, “tanınmış idmançı vurğulayıb ki, idman qidaları və bioloji aktiv qida məhsulları yalnız mütəxəssis nəzarəti altında və dövlət qeydiyyatından keçmiş məhsullar arasından seçilməlidir. Onun sözlərinə görə, müvafiq nəzarətdən keçməyən məhsullar idmançıların sağlamlığı üçün ciddi risklər yarada, onların fiziki göstəricilərinə mənfi təsir göstərə və hətta idman fəaliyyətindən kənarlaşmalarına səbəb ola bilər” deyə bildirilir.










İlk şərhi yaza bilərsiniz