BAYRAQDAR MEDİA – Anadolu Universitetində velosipeddən istifadənin genişləndirilməsi, dayanıqlı nəqliyyat mədəniyyətinin formalaşdırılması və sağlam həyat tərzinin təşviqi məqsədilə “Eti Sarı Velosiped” layihəsi çərçivəsində müxtəlif tədbirlər keçirilib. Eti şirkəti və Aktiv Həyat Dərnəyinin birgə həyata keçirdiyi layihə çərçivəsində Anadolu Parkında təhlükəsiz sürüş təlimləri, yarışlar və maarifləndirici proqramlar təşkil olunub.
Universitetdən verilən məlumata görə, tədbirlərə tələbələr və universitet əməkdaşları böyük maraq göstəriblər: “Aktiv Həyat Dərnəyinin velosiped üzrə sahə məsulu Mert Özyalçın bildirib ki, layihə uşaqlarda velosiped mədəniyyətinin formalaşdırılmasını da qarşıya məqsəd qoyur. Onun sözlərinə görə, indiyədək 8 şəhərdə təxminən 40 min ibtidai sinif şagirdinə təhlükəsiz sürüş təlimləri keçirilib. Özyalçın universitet gənclərinin cəmiyyətə davamlı dəyişiklik gətirə biləcək ən mühüm qüvvə olduğunu vurğulayıb”.






İlk şərhi yaza bilərsiniz