BAYRAQDAR MEDİA – Yay mövsümünün başlaması ilə Türkiyədə gənə dişləməsi hallarında artım müşahidə olunur. Səhiyyə Nazirliyinin məlumatlarına əsasən, ölümcül Krım-Konqo Hemorragik Qızdırması virusunu daşıyan gənələr əsasən İç Anadolunun kuzeyi, Qara dənizin daxili hissələri və Doğu Anadolunun şimal-qərbində daha çox yayılıb.
Bu barədə eskisehir.net saytı məlumat yayıb.
Məlumata görə Tokat, Sivas, Çorum, Yozqat və Kastamonu ən yüksək riskli bölgələr sırasında yer alır: “Gümüşhane, Bayburt, Erzincan, Erzurum, Amasya, Karabük və Çankırı da risk qrupuna daxil olan vilayətlərdir. Eskişehir isə orta riskli bölgələr sırasında göstərilib. Mütəxəssislər xüsusilə kənd təsərrüfatı və heyvandarlıqla məşğul olunan kənd rayonlarında ehtiyatlı olmağı tövsiyə edirlər”.
Nazirlik açıq rəngli geyimlərdən istifadə etməyi, şalvar balaqlarını corabın içinə salmağı və açıq havadan sonra bədəni yoxlamağı məsləhət görür. Dəriyə yapışmış gənənin çılpaq əllə çıxarılmaması, üzərinə siqaret basılmaması və spirt və ya odekolon tökülməməsi xüsusi vurğulanır.
Mütəxəssislər belə hallarda dərhal tibbi yardıma müraciət etməyi tövsiyə edirlər.






İlk şərhi yaza bilərsiniz