Press "Enter" to skip to content

Iğdır Universitetinin birincisi Qarslı Emine Güneş olub

Təqdimatdan foto

BAYRAQDAR MEDİA – Iğdır Universitetində məzuniyyət mərasimində ali məktəbi birinciliklə başa vuran tələbə Qarslı Emine Güneş olub. Qarslı gənc tələbə yüksək akademik göstəriciləri ilə yanaşı, sosial layihələrdə fəal iştirakı ilə də seçilib. O, bu uğurun böyük qürur hissi yaşatdığını bildirərək təhsil müddətində yalnız dərslərlə kifayətlənmədiyini qeyd edib.

Bu barədə universitetdən məlumat verilib.

Bildirilib ki, Emine Güneş Sosial Xidmətlər Tələbə Birliyinin qurucu sədri kimi bir çox layihələrin həyata keçirilməsinə rəhbərlik edib: “Gənclər və İdman Nazirliyinin dəstəklədiyi ÜNİDES proqramı çərçivəsində hazırladığı layihə Iğdırda qəbul edilən ilk layihələrdən biri olub. Bundan əlavə, onun hazırladığı bir layihə TÜBİTAK tərəfindən də maliyyələşdirilməyə layiq görülüb”.

Məlumata görə, təhsil illərində uşaqlar, gənclər və cəmiyyət üçün müxtəlif maarifləndirici fəaliyyətlərdə iştirak edən Güneş həm çalışqanlığı, həm də sosial məsuliyyət hissi ilə diqqət çəkib. Universiteti birinciliklə bitirməsi onu həm ailəsinin, həm də ali məktəbin qürur mənbəyinə çevirib. Bu uğur onun gələcək akademik və peşəkar fəaliyyətinə mühüm başlanğıc kimi qiymətləndirilir.

İlk şərhi yaza bilərsiniz

Lütfən, buyurub bir şərh yaza bilərsiniz

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Mission News Theme by Compete Themes.