Press "Enter" to skip to content

Türkmənistanda Azərbaycan Mədəniyyəti Günləri yekunlaşıb

Türkmənistanda Azərbaycan Mədəniyyəti Günləri yekunlaşıb

BAYRAQDAR MEDİA – 5-7 iyun tarixlərində Türkmənistanda keçirilən Azərbaycan Mədəniyyəti Günləri Azərbaycan Dövlət Rəqs Ansamblının möhtəşəm konserti ilə başa çatıb.

Bu haqda xəbər BAYRAQDAR MEDİA-ya Mədəniyyət Nazirliyinin mətbuat xidmətindən daxil olub.

Xəbərdə bildirilir ki, “Türkmənistan Dövlət Mədəniyyət Mərkəzinin Muğamlar Sarayında keçirilən konserti qardaş ölkənin rəsmiləri, Azərbaycan Mədəniyyət Nazirliyinin məsul əməkdaşları, mədəniyyət və ictimaiyyət nümayəndələri izləyiblər. Konsert proqramı “Mənim Azərbaycanım” süitası ilə başlanıb. Sonra kollektivin ifasında “Qavalla rəqs”, “Nağaralarla rəqs”, “Toy”, “Qazaxı”, “Xalay”, “Naz eləmə”, “Tərəkəmə”, “Uzundərə”, “Ağ çiçəyim”, “Çayçı”, “Bahar” və “Qaytağı” rəqsləri yüksək şövqlə təqdim olunub”.

Bütün nömrələr tamaşaçılar tərəfindən gurultulu alqışlarla qarşılanıb.

İlk şərhi yaza bilərsiniz

Lütfən, buyurub bir şərh yaza bilərsiniz

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Mission News Theme by Compete Themes.