Press "Enter" to skip to content

UBP-nin nizamnamə dəyişikliyi yekdilliklə qəbul edilib

Qurultaydan foto

BAYRAQDAR MEDİA – İyunun 7-də Kuzey Kıbrıs Türk Cümhuriyyətinin (KKTC) hakim Ulusal Birlik Partisinin (UBP)-nin Nizamnamə Qurultayı keçirilib.

Yaxın Doğu Universitetinin Atatürk Mədəniyyət və Konqres Mərkəzində keçirilən qurultayda nizamnaməyə təklif olunan dəyişikliklər yekdilliklə qəbul edilib.

Partiyadan kibrispostasi.com saytına verilən açıqlamada bildirilib ki, dəyişikliklər UBP-nin qüvvədə olan nizamnaməsinin son dövrlərdə yenilənmiş Siyasi Partiyalar Qanununa tam uyğunlaşdırılması məqsədilə hazırlanıb. Qeyd olunub ki, təkliflər hər hansı köklü yenilik nəzərdə tutmur və yalnız texniki xarakter daşıyır.
Açıqlamada mövcud üzvlük sisteminin qorunacağı, bu sahədə hər hansı dəyişiklik edilməsinin gündəmdə olmadığı vurğulanıb. Həmçinin bildirilib ki, dəyişiklik təklifləri UBP sədri və Baş nazir Ünal Üstelin rəhbərliyi ilə keçirilən Genişləndirilmiş Qrup Toplantısında, deputat qrupunun Nizamnamə Komitəsində, eləcə də Mərkəzi İdarə Heyəti və Partiya Məclisinin iclaslarında da yekdilliklə təsdiqlənib.

İlk şərhi yaza bilərsiniz

Lütfən, buyurub bir şərh yaza bilərsiniz

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Mission News Theme by Compete Themes.