BAYRAQDAR MEDİA – KKTC-nin hakim partiyası UBP-nin sədri və Baş nazir Ünal Üstel Nizamnamə Qurultayında çıxışı zamanı partiyanın birlik və həmrəylik şəraitində yoluna davam etdiyini bildirib. O, qurultayın yalnız nizamnamə dəyişiklikləri ilə məhdudlaşmadığını, eyni zamanda yeni siyasi dövrün başlanğıcını ifadə etdiyini vurğulayıb.
Bu barədə kibrispostasi.com saytı məlumat yayıb.
Məlumata görə, Ünal Üstel çıxışında partiyanın qurucuları və vəfat etmiş liderlərinin xatirəsini ehtiramla yad edib: “Son dörd ildən artıq müddətdə hökumətin səhiyyə, təhsil, nəqliyyat, enerji və gənclər siyasəti sahələrində mühüm layihələr həyata keçirdiyini qeyd edib. Baş nazir Kipr məsələsində iki dövlətli həll siyasətindən geri çəkilməyəcəklərini bəyan edib. O, qarşıdan gələn seçkilərlə bağlı da mühüm mesajlar verərək seçki hazırlıqlarının rəsmən başladığını açıqlayıb”.
Ünal Üstel partiya təşkilatlarının, deputatların, bələdiyyə sədrlərinin, qadın və gənclər qollarının artıq sahədə fəaliyyət göstərdiyini bildirib. Qarşıda həm yerli, həm də ümumi seçkilərin olduğunu xatırladan siyasətçi əsas məqsədin yenidən hakimiyyətə gəlmək olduğunu deyib. O, çıxışını “Bir olacağıq, tək ürək olacağıq və yenidən qazanacağıq” sözləri ilə yekunlaşdırıb.






İlk şərhi yaza bilərsiniz