Press "Enter" to skip to content

Vicdanın, mərhəmətin və insan sevgisinin təzahürü

Tədbir zamanı

Gəncliyə Yardım Fondunda 22-ci ənənəvi Xeyriyyə Sərgisi bu şüarla keçirildi

BAYRAQDAR MEDİA – Dünyanı xeyirxahlıq və mərhəmət xilas edəcək – bu fikri uşaqlıqdan tez-tez eşidirik. Eyni zamanda, “dünyanı gözəllik xilas edəcək” deyimi də dillər əzbəridir. Lakin bu gözəlliyi yalnız zahiri görkəm kimi qəbul etmək doğru olmaz. Əslində, burada söhbət əməl gözəlliyindən, insanlara dəstək olmaqdan, ehtiyacı olanlara əl uzatmaqdan gedir.

Xüsusilə də bu yardım ata-ana himayəsindən məhrum olmuş, kimsəsiz uşaqlara ünvanlanırsa, onun mənəvi dəyəri daha da artır. Məhz bu ali məqsədə xidmət edən Azərbaycan Gəncliyə Yardım Fondunun ənənəvi olaraq təşkil etdiyi və bu il 22-ci dəfə keçirilən xeyriyyə sərgisi də xeyirxahlıq və paylaşma ruhunu cəmiyyətə aşılayır. Ötən həftə reallaşan Xeyriyyə Sərgisi maraqlı çıxışlar, nəcib təşəbbüslər və humanizmə çağıran mesajlarla yadda qaldı, insanlara yaxşılığın və mərhəmətin dünyanı daha gözəl bir yerə çevirə biləcəyini bir daha xatırlatdı.

Məlumat üçün bildirək ki, Gəncliyə Yardım Fondu H.Z. Tağıyev adına Konfrans Zalında keçirilən sərginin bu dəfəki çüarı “Bir uşağın sabahına işıq ol!” idi.

Salih Zeki Meriç çıxış edərkən
Salih Zeki Meriç çıxış edərkən

Sərginin açılış mərasimində Türkiyənin Azərbaycandakı Səfirliyinin müşavirləri, ictimai xadimlər, elm adamları, media nümayəndələri, Türkiyənin QHT rəhbərləri, Türkiyənin Azərbaycandakı məktəblərinin rəhbərləri, iş adamları iştirak edirdi. Tədbir Azərbaycan torpaqlarının azadlığı və ölkənin suverenliyi uğrunda əziz canlarından keçən şəhidlərin xatirəsinin miz bir dəqiqəlik sükutla yad edilməsi, həmçinin Azərbaycan Respublikasının dövlət himni və Türkiyə Cumhuriyyətinin İstiqlal marşı səsləndirilməsi ilə başladı.

Salih Zeki Meriç: Əsrlər boyu yaşadılan bu dəyərlər bu gün də bizi bir araya gətirir

Sonra açılış çıxışı edən Gəncliyə Yardım Fondunun rəhbəri Salih Zeki Meriç bildirdi ki, Azərbaycan xalqı tarix boyu ehtiyacı olanın yanında olmağı, əl tutmağı, paylaşmağı özünün mənəvi borcu hesab edib: “Xeyriyyəçilik bizim üçün sadəcə maddi yardım deyil, vicdanın, mərhəmətin və insan sevgisinin təzahürüdür. Qədim məhəllə ənənələrimizdən tutmuş, böyük xeyriyyəçilərimizin fəaliyyətinə qədər hər yerdə bu dəyərlərin izlərini görürük. Türk və Azərbaycan xalqlarının ortaq mədəniyyətində də yardımlaşma, qonşuya sahib çıxmaq, kimsəsizin əlindən tutmaq ən yüksək insani keyfiyyətlərdən biri hesab edilmişdir. Əsrlər boyu yaşadılan bu dəyərlər bu gün də bizi bir araya gətirir, cəmiyyətimizi daha güclü və daha mərhəmətli edir.

Zöhrə Akgün: Burada nümayiş olunan birlik və paylaşma ruhu cəmiyyətlərimizin ən gözəl xüsusiyyətlərindən biridir

Türkiyə Cumhuruyyətinin Bakıdakı fövqəladə və səlahiyyətli səfiri Prof. Dr. Birol Akgünün həyat yoldaşı Zöhrə Akgün çıxış edərək sərgidə əməyi keçən Azərbaycan və Türkiyəli xanımlara öz təşəkkürünü bildirdi.

Zöhrə Akgün çıxış edərkən
Zöhrə Akgün çıxış edərkən

Xanım Akgün Azərbaycan və Türkiyə arasındakı qardaşlıq münasibətləri yalnız siyasi və iqtisadi sahələrdə deyil, həm də xeyriyyəçilik və sosial həmrəylik kimi mənəvi dəyərlərdə özünü göstərdiyini qeyd etdi: “Bu gün burada nümayiş olunan birlik və paylaşma ruhu cəmiyyətlərimizin ən gözəl xüsusiyyətlərindən biridir”.

Ufuk Turganer: Xeyriyyəçilik təşəbbüslər cəmiyyətlər arasında həmrəyliyi gücləndirir

Kuzey Kıbrıs Türk Cümhuriyyətinin Bakıdakı nümayəndəliyinin rəhbəri Ufuk Turganer çıxışında “xeyriyyəçilik təşəbbüslər cəmiyyətlər arasında həmrəyliyi gücləndirir və sosial məsuliyyət hissini artırır” dedi.

Ufuk Turganer təşkilatçılara təşəkkürünü bildidirdi və müvəffqiyyətlər arzuladı.

Xeyriyyə Sərgisi zamanı
Xeyriyyə Sərgisi zamanı

Sonra “Bizim Ailə” jurnalının baş redaktoru Dr. Gülnarə Seyidova xeyriyyə sərgisinin təşkilat komitəsi adından çıxış edərək, sərginin ərsəyə gəlməsindəki əsas məqsədlər haqqında tədbir iştirakçılarına məlumat verdi. Dr. Gülnarə Seyidova builki sərgidən əldə olunan vəsitin Gəncliyə Yardım Fondunun “Bir uşağın sabahına işıq ol!layihəsi çərçivəsində valideyn himayəsindən uzaq olan uşaqlar və ehtiyac sahibi ailələrin övladlarına dəstək olunacağaını bildirdi.

Türkiyənin Azərbaycandakı Din Xidmətləri müşaviri İhsan Açık çıxışında xeyriyyə işlərinin dinimizdə və mədəniyyətimizdə böyük mənəvi dəyər daşıdığını vurğuladı. O, bu cür təşəbbüslərin cəmiyyətlərdə mərhəmət və paylaşma ruhunu gücləndirdiyini bildirdi və təşkilatçılara təşəkkürünü bildirdi.

Qeyd edək ki, sərgi iki gün davam edib. Sərgidən əldə olunan vəsait valideyn himayəsindən məhrum olmuş uşaqların təhsil xərclərinə sərf ediləcək.

İlk şərhi yaza bilərsiniz

Lütfən, buyurub bir şərh yaza bilərsiniz

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Mission News Theme by Compete Themes.