Press "Enter" to skip to content

Dağ keçiləri sürü halında görüntülənib

Dağ keçiləri

Son yeniləmə: 8 İyun 2026

BAYRAQDAR MEDİA – Türkiyənin Elazığ vilayətinin Baskil rayonundakı Zeyve Şəlil dağında qoruma altında olan dağ keçiləri sürü halında müşahidə edilib. Nadir canlılar bölgədə olan bir vətəndaş tərəfindən mobil telefon kamerası ilə lentə alınıb.

Bu barədə elazigsonhaber.com saytı məlumat yayıb.

Məlumatda deyilir ki, sıldırım qayalarda rahatlıqla hərəkət edən keçilər bir müddət otladıqdan sonra gözdən itib.

Onların sürü şəklində görünməsi bölgənin zəngin vəhşi təbiətə malik olduğunu bir daha nümayiş etdirib.

İlk şərhi yaza bilərsiniz

Lütfən, buyurub bir şərh yaza bilərsiniz

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Mission News Theme by Compete Themes.