Son yeniləmə: 8 İyun 2026
BAYRAQDAR MEDİA – Adana Alparslan Türkeş Elm və Texnologiya Universitetinin rektoru Prof. Dr. Adnan Sözen və universitet rəhbərliyi yekun imtahanlarına hazırlaşan tələbələri kitabxanada ziyarət edərək onlara mənəvi dəstək göstərib.
Bu barədə universitetin məlumatında qeyd edilib.
Bildirilib ki, imtahan həftəsi münasibətilə kitabxanada çalışan tələbələrə isti şorba, çay və keks təqdim olunub. Ziyarətdə rektor müavinləri, universitetin baş katibi, Sağlamlıq, Mədəniyyət və İdman İdarəsinin, eləcə də Kitabxana İdarəsinin rəhbərləri iştirak ediblər. Professor Sözen tələbələrlə söhbət edərək imtahan dövrünün gərgin keçdiyini, universitet rəhbərliyinin hər zaman onların yanında olduğunu bildirib. Onun sözlərinə görə, məqsəd tələbələrin qısa fasilə verməsinə və motivasiyasının yüksəlməsinə töhfə verməkdir. Tələbələr göstərilən diqqət və qayğıya görə universitet rəhbərliyinə təşəkkür ediblər. Daha sonra rəhbərlik açılışa hazırlaşan yeni kitabxana binasında texniki baxış keçirib. Müasir memarlığı və geniş imkanları ilə seçilən binada son hazırlıq işlərinin vəziyyəti qiymətləndirilib.






İlk şərhi yaza bilərsiniz